Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Çempionlar Liqasının finalının keçiriləcəyi stadionun adı sabah açıqlanacaq

Çempionlar Liqasının finalının keçiriləcəyi stadionun adı sabah açıqlanacaq

2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.

Azinforum.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib: “Prosedur qaydalarına uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.

Bu gün isə UEFA-nın Yuksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Həmçinin oxuyun

“Naxçıvanqala”nın divarı bərpa zamanı yol verilmiş nöqsanlara görə uçub – Fotolar

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın …

Bir cavab yazın