Cümə , İyun 21 2019
Ana səhifə / Aktual / Çempion Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi – VIDEO

Çempion Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi – VIDEO

Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran 9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib. Azxəbər.com xəbər verir ki, Araz Musayev Türk liderlərinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayıb. O bildirib ki, bu onun çoxdankı arzusu imiş:

“Şəhərin 15 yerində qurban kəsərək, ehtiyacı olan insanlara payladıq. Ardınca “Təzəpir” məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq. Onların birliyi bizim qarantımızdır.

A.Musayev qeyd edib ki, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur: “Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik”.

Qeyd edək ki, dünən “Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.

Həmçinin oxuyun

“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev general Əli Nağıyevin DTX, Vilayət Eyvazovun isə DİN rəhbərliyinə …