Cümə , Sentyabr 24 2021
Ana səhifə / Aktual / Cavid Qurbanov milyonluq əmlakını satır – İDDİA

Cavid Qurbanov milyonluq əmlakını satır – İDDİA

“Azərbaycan Dəmiryolları” QSC sədri Cavid Qurbanov əmlaklarını satır. TİA.Az-a verilən məlumata görə, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.

Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir. Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.

C. Qurbanovun futbol qumarı işlərinə QSC-də maliyyə şöbəsindən Vəsilə Abdulova nəzarət edirdi. C. Qurbanov bukmeyker biznesini də əlindən çıxarır və bu sahədə ciddi uğur qaza bilmədi. Bu barədə ayrıca araşdırma təqdim edəcəyik.

Həmçinin oxuyun

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi …