Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Cavid Qurbanov kütləvi ixtisara hazırlaşır… – Minlərlə adam işsiz qalacaq…

Cavid Qurbanov kütləvi ixtisara hazırlaşır… – Minlərlə adam işsiz qalacaq…

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kütləvi ixtisar gözlənilir. Bu barədə mötəbər mənbələrdən informasiya daxil olub. Qeyd edək ki, buna qədər də, yəni Cavid Qurbanovun ADY-yə rəhbər təyinatının ilk dönəmlərində də sözügedən qurumda total ixtisarların həyata keçiriləcəyi söylənilirdi və bu istiqamətdə müəyyən addımlar atıldı da. İndi isa ixtisarların kütləvi xarakter daşıyacaöğı deyilir.

Mənbə dia.az-a açıqlamasında bildirir ki, koronavirus pandemiyası səbəbindən işi ciddi şəkildə axsayan ADY sistemində onsuz da nə zamandır maaş böhranı da yaşanır: “Və bu pandemiya rəvac verib ki, Cavid Qurbanov çoxdan bəri planlaşdırdığı addımını atsın”.

Bəs hansı sayda dəmiryolçu işini itirməli olacaq? Bu suala cavab verən mənbə ən azından 5-7 min nəfərin işi ilə vidalaşacağını da iddia edib.

Xatırladaq ki, buna qədər də ADY-də ixtisarların olacağı proqnozlaşıdırılırdı və qeyd olunurdu ki, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

Bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti hələ keçən il bəyan etmişdi.

Həmin məlumatda vurğulanırdı: “Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub”.

İndi isə Cavid Qurbanov onsuz da sosial durumu çətin olan dəmriyolçuları daha da gərgin vəziyyətə salacaq addımı atmağa hazırlaşır. Ən azından iddia olunanı budur…

Həmçinin oxuyun

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu …