Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Canlı yayım məşhurları ifşa etdi – “Adam dəliyə oxşayır…”

Canlı yayım məşhurları ifşa etdi – “Adam dəliyə oxşayır…”

Artıq bir həftədən çoxdur ki, instaqramda yeni funksiya istifadəyə verilib.

Bütün dünya üçün aktiv edilən canlı yayım funksiyası Azərbaycanda da tətbiq edilməyə başlayıb. Gün ərzində minlərlə insan izləyiciləri qarşısına çıxır, onlarla ünsiyyət qurur. Bu axına yerli şou ulduzlarından da qatılanlar var. Ancaq onların əksəriyyəti canlı yayım etməkdən çəkinirlər.

Bunun bir neçə səbəbi var:

Birincisi, canlı yayımı yalnız real istifadəçilər izləyə bilər. 300-400 min izləyicisi olan məşhuru yalnız 50 nəfər izləyir, rəy bildirir. Bu da tanınmışların “saxta izləyici” oyununun ifşa olunması deməkdir. Bundan məlum olur ki, onlar “fake” profillər vasitəsiylə izləyici sayını artırırlar.

İkincisi, yerli ulduzların əksəriyyəti sosial şəbəkə istifadəçiləri ilə ünsiyyətdə olmaq istəmirlər. Tanınmışlar onların ünvanına yazılan şərhlərdən, tənqidlərdən ciddi şəkildə narahat olur, bəzən isə onlara kobud cavab verirlər.

Ancaq onlar arasında “live” funksiyasından çəkinmədən istifadə edənlərə də rast gəlmək olar. Məsələn, Günay İbrahimli, Fatimə Fətəliyeva, Ayan Babakişiyeva, Roza Zərgərli, Tarix Əliyev və başqaları…

Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev başda olmaqla, şou-biznesin əsas qəhrəmanları canlı yayım etmək istəmirlər.

“Qafqazinfo” məsələ ilə bağlı bir neçə sənətçiyə müraciət edib. Onlardan sosial şəbəkənin yeni funksiyası barədə şərh və gələn reaksiyaları öyrənməyə çalışdıq.

Səidə Sultan cəmi 3 gün bu funksiyadan istifadə etdiyini söyləyib:

“Təzə çıxanda maraqlı gəldi, üç gün istifadə etdim. Şərhlər çox gəlir, insanın ürəyi sıxılır. “Filan yerə salam deyin” və s. kimi rəylər oxuyuram. İnsan kənardan dəliyə oxşayır. Üç gün qurdumu öldürdüm. Ancaq maraqlı məqam da var ki, konsert verəsən və orada iştirak etməyənlər üçün canlı yayım funksiyasını işə salasan”.

Sevda Yəhyayeva isə tez-tez canlı yayım etməyə vaxtının olmadığını söyləyir:

“Əslində bu funksiyanın işə düşməyi yaxşı haldır. İnsanlarla ünsiyyət qura bilirsən, bir-iki dəfə istifadə etmişəm, maraqlıdır. Ancaq hər dəqiqə istifadə etməyə vaxtım yoxdur. Bu funksiya kimisi üçün maraqlı, kimisi üçün də maraqsızdır. Hər kəsin öz fikri var. İnsanlarla yaxın ünsiyyətdə olursan, bunun nəyi pisdir?”

Roza Zərgərli deyir ki, canlı yayımdan gün ərzində 2-3 dəfə istifadə edir:

“Bu dəqiqə canlı yayımdan çıxdım. Çox yaxşı funksiyadır. İstifadəçilərə deyirəm ki, suallar yazın, cavablandırım. Anladım ki, instaqram səhifəmdə olan insanlar mənim kütləmdir. Canlı yayıma gün ərzində 2-3 dəfə çıxıram. Heç makiyaj filan etmirəm, insanların rəyi yaxşıdır.

Bir-iki qurdlar var, şou-biznes adamlarıdır. Qalmaqal yaratmaq istəyirlər, ancaq alınmır. İnsanlar yazır ki, müğənnilər makiyajsız insanların qarşısına çıxmağa çəkinir, fanatlarıyla kobud danışırlar. Məndə isə fərqlidir. Çox insanlara baxıram. 30-40 nəfər baxır, mən isə bu funksiyaya qoşulanda baxış sayı çox olur, 500 nəfərə yaxın insan şərh bildirir”.

Rəqqasə Fatimə Fətəliyeva deyir ki, istifadəçilərin bəziləri çox aqressivdir:

“Dünən cəmi bir dəfə canlı yayım etdim, 5 dəqiqə istifadə etdim. İnsanlar müxtəlifdir və çox aqressiv olurlar. Hamıya bu sözü şamil etmirəm. Canlı yayıma girmək məsləhətli deyil,çünki, maraqsız olmağa başlayacaq. Yalnız işimi, rəqsimi göstərmək üçün istifadə etmək olar”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın