Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Aktual / Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini söydü – Video

Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini söydü – Video

Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər. 

“Qafqazinfo” xəbər verir ki, “Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib. 

AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”

N. Cəfərli isə cavabında onu “debil” adlandırıb: “Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”. 

Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.

Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub. 

Həmçinin oxuyun

Eldəniz Səlimovun əmlakı müsadirə olunacaq

Deputat toxunulmazlığı ləğv edilən kimi saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Eldəni Səlimov Cinayət …