Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “Camaatı seçkidən soyudurlar…” – Natiq Cəfərlidən sərt ittiham

“Camaatı seçkidən soyudurlar…” – Natiq Cəfərlidən sərt ittiham

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli ötən gün sosial şəbəkədə yeni parlamentdə yer alacaq namizədlərin siyahısını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən siyahıda həmçinin ReAl partiyasının nümayəndələri Natiq Cəfərli və Elkin Qədirlinin yer alması müxalif düşərgədə də xeyli müzakirə olunub. Belə ki, Milli Şuranın rəhbəri sözügedən namizədlərin hakimiyyət tərəfindən dəstəkləndiyini və siyahının ehtimal üzərindən hazırlanmadığını vurğulayıb.

Siyahıda adı çəkilənlərdən biri iqtisadçı ekspert Natiq Cəfərli tarixçiyə sərt cavab verib: “Dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayır, “siyahı” yayaraq seçkini gözdən salırlar. Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər. Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllərdə insanları seçkiyə səsləyirik, seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq – bunlar isə köhnə kafaları və öz qaranlıq keçmişləri ilə mane olurlar – yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz?”

Elkin Qədirli də haqqında səsləndirilən ittihamla bağlı paylaşım edib: “O boyda siyahını yazmaq yerinə bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.

Sözügedən siyahının paylaşılması müstəqil namizədlər tərəfindən də birmənalı qarşılanmayıb. Bildirilib ki, təbliğat-təşviqat kampaniyası zamanı bu kimi paylaşımlar digər namizlərdə ruh düşkünlüyü yaradır, gənclərin mübarizə əzmini qırır.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …