Sözügedən görüşdə iştirak etmək üçün qəbula yazılan vətəndaşlardan
bəziləri şikayətlərinin dinlənilməməsindən narazılıq ediblər.
Dia.az
xəbər verir ki, həmin vətəndaşlar Demokrat.az-a ünvanladıqları
şikayətlərində qeyd edirlər ki, sözügedən qəbulda onlarların gömrük
problemləri ilə bağlı müraciətlərinin dinlənilməsi nəzərdə tutulsa da,
Səfər Mehdiyev onları qəbul etməkdən imtina edib.
“Səfər
Mehdiyev avqustun 30-da Masallıda qəbul keçirəndə onlarla vətəndaş ora
getmişdi. Gedənlərin əksəriyyəti işlə bağlı müraciət etmişdilər. Qapıda
bizdən soruşdular ki, siz nə üçün gəlmisiniz? Biz də işlə bağlı qəbula
yazıldığımızı söylədik. Dərhal bizi oradan kənarlaşdırdılar, içəri
buraxmadılar. Səfər Mehdiyevin qəbuluna girənlərin hamısı ya sahibkarlar
idi, ya da özlərini sahibkar kimi təqdim edib onunla görüşürdülər.
Gömrükdəki narazılıqlarla bağlı qəbula yazılanların heç birini Səfər
Mehdiyevlə görüşməyə imkan vermədilər. Təqribən 30-a yaxın insan
kor-peşiman geri qayıtdı. Səfər Mehdiyevi isə arxa qapıdan çıxardılar.
Camaat ona sözünü deyə bilmədi”.
Şikayətçilərdən biri Səfər Mehdiyevin qəbuluna işə qəbulla əlaqədar üzləşdiyi problemə görə getdiyini deyir.
Sözügedən
məsələ ilə əlaqədar DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən sorğumuza cavab verilmədiyi üçün qurumun saytında qeyd
olunan məlumatı diqqətə çatdırırıq:
“Dövlət
Gömrük Komitəsi rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu
barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya
vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri
ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında
xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin
aparatına müraciət etmək tövsiyə olunub.
Buna
baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində
olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət
edirlər.
Gömrük
orqanlarında xidmətə qəbul üçün Komitə rəhbərliyi ilə görüşmək istəyən
vətəndaşlara aidiyyəti struktur bölmələrin nümayəndələri tərəfindən
müvafiq açıqlamalar verilərək bildirilib ki, xidmətə qəbul “Gömrük
orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası
Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına
xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında
həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət
müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları
İdarəsinə müraciət etmək tövsiyə olunub”.
Qeyd
edək ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq keçirir.
Həmçinin oxuyun
Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?
Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …