Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun”

“Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun”

“Gənclər bizim bütün kampaniyalarımızda, o cümlədən seçki kampaniyalarımızın keçirilməsində çox yaxından iştirak  edirlər. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: “2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.G

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …