Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Cahangir Novruzovun tələbələrlə görüşü mətbuata qapalı keçirilib… – Səbəb nədir?

Cahangir Novruzovun tələbələrlə görüşü mətbuata qapalı keçirilib… – Səbəb nədir?

Azərbaycanın görkəmli teatr və kino aktyoru, tanınmış rejissor, Xalq artisti Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov ötən gün ADMİU-də tələbələrlə görüşüb.
Open.az xəbər verir ki, mətbuata qapalı keçirilən və iki saata yaxın davam edən görüşdə Cahangir Novruzov tələbələrə əsl “Ustad dərsi” keçib.
Görüşdə iştirak edən tələbələrdənm əldə etdiyim məlumata görə, Cahangir Novruzovu dinləmək, onun kimi sənətkarın fikirlərindən bəhrələnmək çox yararlı olub.
Bu məsələnin birinci tərəfi. Yazımın əvvəlində qeyd etdim ki, Cahangir Novruzovla görüş mətbuata qapalı keçirilib. Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi zalda bircə nəfər mətbuat nümayəndəsi, ümumiyyətlə kənardan gələcək və belə maraqlı görüşdə dinləyici kimi iştirak etmək istəyən hansısa bir şəxsi görmək istəmədiyini bildirib. Əcəba, sual olunur ki, niyə? Axı, Cahangir Novruzov hərbçi deyil. “N” saylı hərbi hissənin komandiri deyil. Tələbələrlə görüşdə siyasi məsələlərdən danışmır… Dövlət sirlərini bölüşmür… Yəni hansı səbəb əsas gətirilib ki, görüşün mətbuata qapalı keçirilməsi haqqında “qərar” qəbul olunub?
Əksinə belə tədbirlərə iştirak etmək, belə görüşlər haqqında məlumat yaymaq nə qədər faydalıdır. Axı, Cahangir Novruzov hər gün “ələ düşən” hər saat Bakıda tapılan sənətkar deyil?
Amma Rusiyanın hansısa artisti Bakıya gələndə təmtəraqlı görüşlər təşkil edilir, “Ustad dərs”ləri keçirilir və mətbuat nümayəndələrinin belə görüşlərdə maneəsiz iştirakına şərait yaradılır… Niyə onlar gələndə olar, amma bizim dəyərli sənət adamımız bir neçə günlük Bakıya gəlib, belə görüş keçirəndə olmaz…
Ümumiyyətlə son zamanlar bəzi “məkanların” qapısını açmaq müşkülə çevrilib. Bir gün əvvəldən xüsusi “icazə” alınmalı, xahiş-minnət edilməlidir. Görəsən niyə?
Təbii ki, qarşı tərəf “Görüş mətbuata qapalıdır” deyə bilər və belə də deyilib. Amma sual olunur ki, NİYƏ? Səbəb nədir?

dia.az

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …