Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Cahangir Hacıyev yenə bəraət istədi

Cahangir Hacıyev yenə bəraət istədi

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Virtualaz.org bildirir ki, prosesə hakim Həsən Əhmədov sədrlik edib.

Prosesdə C.Hacıyev və D.Xəlilov çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT