Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Cahangir Əsgərovun qızına aid “Gazelli”də güclü yanğın

Cahangir Əsgərovun qızına aid “Gazelli”də güclü yanğın

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.
“Azinforum.az” xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.
Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.
***
\”Qafqazinfo\” xəbər verir ki, yerli kosmetika brendi \”Azal\” prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.
***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlamışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
“Gazelli Group\”un mətbuat katibi Yelena Siderenko “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təxminən 1 saat əvvəl zavodun həyətindəki anbarlardan birində qısqapanma baş verib: “Yanğının qarşısı tez bir zamanda alınıb. Nəticədə nə insanlara, nə də ki məhsullara ziyan dəyib. Mediada bu barədə yayılan məlumatlar yalandır. Qısaqapanma zavodun özündə deyil, anbarların birində baş verib. Panika yaratmamaq üçün bizimlə əlaqə saxlasınlar. O anbarda məhsullar yox, qablar saxlanılırdı. Hazırda yanğın söndürülüb, heç bir təhlükə yoxdur”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın