Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Cahangir Əsgərovu silkələsələr, ondan 1,7 milyard manat tökülər” – ETİRAZ

“Cahangir Əsgərovu silkələsələr, ondan 1,7 milyard manat tökülər” – ETİRAZ

“Bütün xalq yığılıb Cahangir Əsgərovun borcunu ödəməlidir ki, quru yollar açılsın”.

Bunu quru sərhədlərin bağlı saxlanılması fonunda artan etirazları dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, quru sərhədlərin bağlı qalması heç bir məntiqə sığmır:

“Quru sərhədlərin bağlanması anlaşılmaz qərardır. Bununla bağlı dövlət orqanlarının heç bir açıqlama verməməsi də anlaşılmazdır. Bütövlükdə götürdükdə bu, Azərbaycan xalqına zülmdür. Anlamaq olmur ki, kim ölkədə gərginlik yaratmaq istəyir. Görünür, daxildə elə adamlar var ki, bu cür işlərlə məşğuldurlar. Buna başqa ad vermək olmaz. Belə çıxır, ölkədə bütün gediş-gəliş təyyarə ilə olmalıdır.

Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-ın dövlətə 1.7 milyard manat borcu var. Belə çıxır ki, bütün xalq yığılıb Cahangir Əsgərovun borcunu ödəməlidir. Yoxsa quru yollar açılmayacaq. Açığı, buna başqa ad vermək olmur. Cahangir Əsgərovu silkələsələr, ondan 1,7 milyard manat tökülər.

Yay mövsümüdür. Deyirlər ki, Azərbaycanda turizmi inkişaf etdirmək istəyirlər. Turizmi inkişaf etdirmək üçün bütün yollar açıq olmalıdır. Ancaq reallıqda ölkəyə ancaq hava yolu ilə gediş-gəliş mümkündür. Anlaşılmaz bir şeydir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …