Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “CAFEPARK” DAN BİABIRÇI  TƏLƏB: YANINDA XANIM OLMAYAN  MÜŞTƏRİYƏ QƏLYAN ÇƏKMƏYƏ İCAZƏ VERİLMİR

“CAFEPARK” DAN BİABIRÇI  TƏLƏB: YANINDA XANIM OLMAYAN  MÜŞTƏRİYƏ QƏLYAN ÇƏKMƏYƏ İCAZƏ VERİLMİR

Bakının Nazim Hikmət küçəsilə Mətbuat prospektinin kəsişməsində yerləşən Yasamal İstirahət Parkında (keçmiş Musabekov) fəaliyyət göstərən “Cafepark” adlı iaşə obyektində müştərilərlə qəribə davranışın olduğu barədə Azinforum.az-a şikayət ünvanlanıb.  Qeyd edək ki, bu brend paytaxtın 3 müxtəlif  yerində  fəaliyyət göstərir. Heç bir əziyyət çəkmədən Bakının ən səfalı və  tanınmış  parklarından birində məskən salan “Cafepark” müştəri sarıdan kasadlıq yaşamır. Buna sözümüz yox.

 

 

 

Necə deyəllər, Allah bazar versin! Ancaq bu cür təşrif buyuranların  bolluğu “Cafepark”ı  işlədənlərin başını elə dumanlandırıb ki, onlar müştərilərə yuxarıdan aşağı baxmağa başlayıblar və olduqca qəribə rəftar qanunları kəşf ediblər. Restoranın fəaliyyətindən bizə şikayət edən müştərilər bildirir ki,  obyektdə  çox nəzakətsiz bir rəftarla rastlaşıblar:

“Restoran iki hissədən ibarətdir. Biz üzü şəhər istiqamətə duranda sol tərəfdəki zala girdik. Üç nəfər idik. Mən, dostum və yanımızda olan bir xanım. Lazımi sifarişləri verəndən sonra, xidmət edən oğlana qəlyan sifariş etdik.  Qeyd edim ki, biz olan zaman  həmin zalda bir neçə yerdə qəlyan çəkilirdi.  Xidmət personalı gəlib bizə bildirdi ki, qəlyan verə bilməyəcəklər. Səbəbini də belə izah etdilər ki, yalnız xanımla gələn müştərilərə qəlyan çəkməyə icazə verirlər. Biz də bildirdik ki, yanımızda xanım var axı. Dedilər ki, xanım qəlyan çəkməyəcəksə, verə bilmərlər. Bu cür nəzakətsiz rəftara görə, restoran rəhbərliyini çağırdıq. İsmayıl adlı bir administrator yanında qoruması ilə gələrək, işçilərinə haqq qazandırdı və bildirdi ki, qəlyanı  tanıdıqları daimi müştərilərinə verirlər. Bu , bir növ vaxtilə ABŞ-da mövcud olan irqi diskriminasiya zamanını xatırlatdı.

 

Cafe-Park-Kozyatagi2

Həmin vaxt cibində pulunun olmasına baxmayaraq,  qara dərili insanları restoranlara buraxmırdılar. Sözün qısası, tələbimizi hörmətsizcəsinə qarşıladıqları üçün, “Cafepark”ı  tərk etməli olduq.   Hesab edirəm ki, bir müştəri kimi mənim istirahətimi pozan həmin obyektin özü fərqində olmalıdır ki, elə rəftarları ilə ictimai rəydə özləri barədə pis imic formalaşdırırlar. Mənim onlardan başqa tələbim də yoxdur. Pulum cibimdə, ağlım da başımda. Nə çoxdur, qəlyan çəkməyə yer. Sadəcə,  istərdim ki, “Cfepark” rəhbərliyi bu problemi aradan qaldırsın, belə getsə ora təşrif buyurmaq istəyənlər düşüb şəhərdə qəlyan çəkən qız axtarışına çıxmalı olacaqlar ki, həmin kateqoriyalı şəxsi üzünə tutacaq edib restorona getsinlər. Əks halda  bizim kimi təhqir olunarlar”.

Azinforum.az-ın reportyorları şikayətlə bağlı həmin iaşə obyektində olan zaman “Caferpak” tərəfindən doğrudan da, deyilən tələblərin qoyulduğunun şahidi olublar.  Bizə o da məlum olub ki, həmin obyekt  əslən Bakı kəndlərindən birindən olan inanclı bir Hacıya məxsusdur. Restoran sahibinin çox ədalətli adm olduğu deyilir. Diqqətimizi çəkən bir məqam da ondan ibarət oldu ki, “Cafepark”ın menyusunda spirtli içkiyə rast gəlmədik. İftar açan müştərilərə isə xüsusi güzəştlərin edildiyini gördük. Çox güman ki, “Cafepark”dan çox Hacının adına yaraşmayan ” xanımlar qəlyan çəkməlidir” tələbindən  onun özünün xəbəri yoxdur. Əgər vardırsa, daha buna sözümüz qalmır. Mövzuya qayıdacayıq…

Yazıda adları çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …

Bir cavab yazın