Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Cənnət Səlimova: “Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər”

Cənnət Səlimova: “Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər”

“Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər”.

Bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib. Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsində görə ləngiyir: “Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər”, – deyə, C. Səlimova qeyd edib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın