Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Cəlilabadda qandonduran hadisə: Qızı atın quyruğuna bağlayıb öldürdülər?

Cəlilabadda qandonduran hadisə: Qızı atın quyruğuna bağlayıb öldürdülər?

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb.
 Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.
Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan faktı təsdiqləyiblər.Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib.Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(anspress).
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Cəılilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva hadisənin qəsdən törədilmədiyini bildirib.
“Hadisə qəsdən törədilməyib, burada cinayət işi yoxdur. Qızın ailəsi mal-heyvan saxlayır və heyvanları örüşə çıxardıblar. Atası atın ipini qıza verib ki,5-10 dəqiqəlik ona baxsın, əlindən buraxmasın, özü də yemək yeyib gəlsin. At isə sahibinin uzaqlaşdığını görüb, ardınca qaçıb. Nəticədə qızı qanqallıqda sürüyüb və qız elə yerindəcə keçinib”.
D.Əliyeva qızın 14 yaşı olduğunu bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın