Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısı saxlanılıb

Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısı saxlanılıb

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.

Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …