Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Cəlal Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil” – Əhliman Əmiraslanov

“Cəlal Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil” – Əhliman Əmiraslanov

Görkəmli alim və ictimai-siyasi xadim, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin ad gününə və institutun yaradılmasının 3-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, əsası hamımızın müəllimi, böyük alim Cəlal Əliyev tərəfindən qoyulan institutun bu gün 3 yaşı tamam olur. İnstitut C.Əliyevin rəhbərlik etdiyi zəngin maddi-texniki bazası və kadr potensialı olan şöbənin əsasında yaradılıb. Nəzərə çatdırılıb ki, bu şöbə uzun illər çox səmərəli fəaliyyət göstərib, dünya elminə əhəmiyyətli nəticələr verib. C.Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil. Bütövlükdə Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda belə fotosintez sahəsində əldə edilən nailiyyətlərdə akademikin böyük rolu olub. Cəlal müəllimin tələbələri böyük elmi mərkəzlərə rəhbərlik edir, elmə öz töhfələrini verirlər. Akademik Ə.Əmiraslanov böyük alimin elmi irsinin davam etdirilməsində institutun direktoru, akademik İradə Hüseynovanın uğurlu fəaliyyətini qeyd edərək bildirib ki, o alim xoşbəxtdir ki, onun yaratdığı elmi məktəb var. Əhliman Əmiraslanov institutun kollektivini bu bayram münasibətilə bölmənin adından təbrik edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qeyd edib ki, 30 iyun akademik Cəlal Əliyevin anadan olan günü və həmçinin institutun yaranma tarixidir. İ.Hüseynova institutun yaranma tarixi haqqında qısa məlumat verib. 

Tədbirin sonunda C.Əliyevə həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …