Nazirlikdən Trend-ə verilən məlumata görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Füruzə” hekayələrindən ibarət kitab nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxucuların marağı ilə qarşılanıb.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin iyul ayının “Kitab” əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumatda Cəfər Cabbarlının “Hekayələr” kitabı öz əksini tapıb.

AzNews.az