Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / “Çətin dövrdə ən təhlükəlisi hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır”

“Çətin dövrdə ən təhlükəlisi hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır”

İnsanların evlərinə qapanması, iş yerləinin bağlanması, əhəmiyyətli ölçüdə maddi gəlirlərinin azalması, istirahət imkanlarının məhdudlaşdırılması zəruri və gözlənilən bir haldır və hələ bundan sonra da gələcək ən sərt tədbirlərə, məhdudiyyətlərə hazır olmamız təhlükəsizliyimiz baxımından qaçınılmaz yoldur. Bu proseslərdə adətən oğurluq, quldurluq, möhtəkirlik hallarının artması da tarixi təcrübəyə görə istisna olunmur. Bu səbəbdən də hüquq-mühafizə orqanlarının işinin ağırlığını anlayaraq onlara da dəstəyimizi vətəndaşlar olaraq gücləndirməliyik. Burada reket jurnalistikanın da iş başında olduğunu unutmamalıyıq. Bunlar da öz qondarma saytlarında bu icra başçısının gedib o birinin gətiriləcəyini, bu məmurun artıq gözdən düşdüyünü və s. kimi informasıyaları fakta söykənmədən tirajlamaqla, yalnız həmin ittiham olunan şəxslərdən pul qoparmaq niyyəti güdmürlər, həm də konkret rayonda və bölgədə idarəçilik boşluğu barədə düşüncələri aşılayırlar. Onsuz da kimisə təyin edib, kimisə işdən çıxaranda ölkə prezidenti əlində olan faktlara və əsaslara istinad edərək addım atır. Hansısa məmur konkret situasiyada nəyisə yanlış edirsə, onu da yazmaq, cəmiyyətə çatdırmaq jurnalistikamızın borcudur və vicdanlı peşə sahibləri bu işi peşəkarlıqla görürlər. Fikrimcə hüquq-mühafizə orqanlarımız fəaliyyətini məhz dezinformasiyalar yaymaq üzərində qurmuş saytlara, onlara sifariş verənlərə qarşı bu periodda qanunun tələblərinə uyğun daha ciddi yanaşmalıdır və müvafiq tədbirlər görməlidir. Çünki bu çətin dövrdə ən təhlükəlisi bölgələrdə hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır. Bunun yarıtmaz fəaliyyətinə görə hansısa məmurun tənqidinə qətiyyən aidiyyatı yoxdur, əksinə haqlı tənqidi dəstəkləmək hamımızın borcudur. Lakin şantaj, böhtan, yalançı informasiyalarla dövlət məmurlarının onsuz da çətin durumda iş başında fəaliyyətini zəiflətmək də diversiyanın bir növü sayılır.
Fazil Mustafa, Millət vəkili

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …