Cümə axşamı , Avqust 13 2020
Ana səhifə / Aktual / “Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”. 

Bunu millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, gərginliyə səbəb odur ki, işğalçı ölkə substantiv danışıqlara getmək istəmir. Ona görə də çalışır ki, Qarabağda toqquşma olsun, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də yenidən danışıqlarda diqqəti atəşkəs rejiminin pozulamsının qarşısının alınması və bu qəbildən olan ikinci dərəcəli məsələlərə yönəltsinlər.

“Amma həmsədrlər də gözəl bilirlər ki, atəşkəs rejiminin pozulmamasının ən effektli və doğru yolu işğalçı ordunun Azərbaycan torpaqlarını tərk etməsidir. 

Bildiklərini nə qədər tez dilə gətirsələr, burada sülhə, eyni zamanda da beynəlxalq hüquqa bir o qədər çox töhfə vermiş olarlar”.

Həmçinin oxuyun

Baş Nazir tapşırıq verdi

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub …