Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Buzovna sakinləri su üzünə həsrətdir – “İçməli su adı ilə kanal suyunu 1 tonunu 5 AZN alırıq”

Buzovna sakinləri su üzünə həsrətdir – “İçməli su adı ilə kanal suyunu 1 tonunu 5 AZN alırıq”

Bir qrup Buzovna kənd sakini Azinforum.az İnformasiya Portalına müraciət edərək, yaşadıqları qəsəbədə icməli su sarıdan ciddi əziyyət çəkdiklərini bildiriblər. Onlar redaksiyamız vasitəsilə əlaqədar qurumlardan qəsəbənin içməli su probleminə əncam çəkilməsini xahiş edirlər. Sakinlərin şikayətini olduğu kimi təqdim edirik:

” Hörmətli redaksiya, Cənab Prezidentin icra icra başçıları ilə görüşlərində sosial layihələrlə bağlı son tapşırıqlar bütün xaıqımız tərəfindən dəstəklənir. Bu ıstiqamətdə həqiqətən də çox işlər görülüb. Eyni zamanda Bakının ən böyük qəsəbələrindən biri olan Buzovna qəsəbəsində (əhalisinin sayı 31 mindən yuxarı) işməli su problemı ciddi olaraq qalır. Belə ki, Buzovna qəsəbəsinin özündə işməli su xəttləri mövcud deyil. Bir neçə il bundan əvvəl çəkilmış su kəmərləri əsas yol (Mərdəkan – Bilgəh şossesi) boyunca çəkilmişdir. Və beləliklə paradoksal hal yaranmışdır: yuxarı yol boyunca və Buzovna Albalılı zonasinda yerləşən əsasən bağ evlərindən ibarət sahə su ilə təchız olunmuşdur (Onların çoxu ancaq yaydan-yaya bağda olurlar). Qəsəbəin əsas əhalisi yaşayan -bütün köhnə məhəllələr daxil olmaqla (Naxır bulağından qəsəbəin içərisinə və dəniz kənarına kimi) ərazı susuz qalmaqdadır. Burada yaşayan əhali içməli su adı ilə kanal suyunu 1 tonu 5 AZN almalı olurlar. Bu isə öz növbəsində həm insanların səhhətinə həm də büdcəsinə böyük mənfi təsir göstərir. Biz hələ qəsəbədə kahalızasıya xəttlərinin olmadığını və qəsəbədaxili yolların asfalt problemini demirik. Başa düşürük kı, bu problemlərin həlli müvafiq vəsait və vaxt tələb edir. Lakin su problemlnln həlli ən vacıbıdir. Redaksiyadan bu məsələni işıqlandıtmağa və həllində Buzovna qəsəbəsinin sakinlərinə kömək etməyi xahış edirik. Buzovna qəsəbəsi, Sarabski küçəsi sakinləri:

Babayev Tofig Əli İkram oğlu (mob. 050 2125913),

Zeynalov Əsəd Ağa Rəfi oğlu (mob. 055 7833373) və başqaları”.

Mövzu ilə bağlı əlaqədar dövlət qurumlarının da mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …