Ana səhifə / Aktual / “Bütün haqlarım bərpa olundu” – İlqar Məmmədov

“Bütün haqlarım bərpa olundu” – İlqar Məmmədov

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bəraət almasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, İlqar Məmmədov bütün haqlarının bərpa olunduğunu vurğulayıb: “Bu gün həyatımda böyük gün oldu. Ali Məhkəmədən bəraət aldım. Təqsirsiz elan olundum. Bütün haqlarım rəsmən bərpa olundu”.

REAL sədri həmçinin bu barədə ətraflı açıqlama verəcəyini də qeyd edib.

Bu gün Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …