Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Buna görə Ali Baş Komandanı Atatürklə müqayis edərdəm, çünki o, da həm hərbçi, həm də siyasətçi idi.

“Buna görə Ali Baş Komandanı Atatürklə müqayis edərdəm, çünki o, da həm hərbçi, həm də siyasətçi idi.

“Biz ermənilərin havadarları olduğunu bilirdik. İndiki şəraitdə isə onların “maskaları” cırıldı. Biz bu “maska”nın altında hiyləgər, iküzlü siyasət dayandığını bilirdik və 28 il idi ki, başımızın altına “yastıq” qoyan həmin qüvvələr idi”
Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib. 
Əməkdar incəsənət xadimi başda Ali Baş Komandan olmaqla xalqımızın erməni yalanlarına son qoyduğunu bildirib:
“Cənab prezident çıxışlarıyla elə bil ürəyimdən “tikan” çıxardı. Artıq diplomatik etiketlər, “tikansız” sözlər bu vəziyyətə uyğun gəlmir. Burda gərək sözü birbaşa, hərdən loru şəkildə, camaatın, millətin anladığı dildə deyəsən. Allah bizə bu şansı verib ki, belə bir prezidentimiz var. Ali Baş Komandan hamının anladığı dildə danışır və vəziyyəti izah edir. Məlum olur ki, ötən 28 ildə aparılan danışıqların heç bir nəticəsi olmayıb, Minsk Qrupunun  dırnağarası yeganə işi o olub ki, status-kvonu saxlasın, torpağın işğalını əbədiləşdirsin, zaman keçdikdən sonra Qarabağ unudulsun və Ermənistan bura sahib çıxsın. Bu adamlar təmas xəttini Azərbaycanla-Ermənistanın sərhəddinə döndərmişdilər. Birdən məlum oldu ki, Azərbaycan xalqının iradəsi, başda Ali Baş Komandanı olmaqla bütün erməni hiylələrinə, onların ürəyində tutduğu arzuların hamısının üstündən xətt çəkdi. İndi nə təmas xətti, nə stasu-kvo, nə Minsk Qrupunun vasitəçiliyi, nə bizə ümid verib başımızı aldadanlar var. Bizim bir məqsədimiz var ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Arxamızda üç qüvvə dayanır, birincisi beynəlxalq hüquqdur və birmənalı olaraq deyib ki, torpaqlar Azərbaycan torpaqlarıdır. İkinci qüvvə rəşadətli Azərbaycan Ordusudur. Üçüncü qüvvə isə bir əlində beynəlxalq hüquq, digər əlində Azərbaycan əsgəri olan cənab Ali Baş Komandandır. Mənə elə gəlir ki, bu üçlüyə qalib gəlmək, onun qarşısında dayanmaq qeyri-mümkündür və necə ki, dayana bilmirlər”.
B.Vəziroğlu düşmən havadarlarının indiki məqamda iç üzlərinin açıldığını bildirib:
“Biz ermənilərin havadarları olduğunu bilirdik. İndiki şəraitdə isə onların “maska”ları cırıldı. Biz bu “maska”nın altında hiyləgər, iküzlü siyasət dayandığını bilirdik və 28 il idi ki, başımızın altına “yastıq” qoyan həmin qüvvələr idi. Sadəcə onlar da gördülər ki, iş başqa tərz alır, Azərbaycan özü güc yoluyla beynəlxalq hüququn tələblərini yerinə yetirməyə başlayıb və onda onların iç üzü açıldı. Onlar bir daha göstərdilər ki, şərin yanındadılar. Bunlar heç vaxt xeyirin, haqqın, ədalətin yanında olmayıblar və olmayacaqlar, çünki dünya belə qurulub. Dünyada qalibləri mühakimə etmirlər. Güclüsənsə, səni sayacaqlar. Bu, cəmiyyətdə də belədir və cəmiyyət də dünyanın kiçik bir mikro-modelidir. Güclüsənsə, sənə ehtiram edib sayacaqlar. Gücsüzsənsə, arxasızsansa, səni əzəcəklər, nə “çalacaqlar”, ona da “oynayacaqsan”. Amma bu gün Azərbaycan dedi ki, mən heç kimin “çaldığına” “oynamıram”, özüm-öz bildiyimi edəcəm”.
B.Vəziroğlu bizim haqq savaşı apardığımızı və Allahın da bizim yanımızda olduğunu deyib:
“Allah da bizim tərəfimizdədir, ordumuz da uğurla irəliləyir. Ali Baş Komandanımız bütün hərb və sülh meydanlarında zəfər çalan adamdır. Mən təzə bir şeir də yazmışam. İnsan var sərkərdədir, amma o, hərb meydanında qələbə çala bilər. Amma bizim prezidentimiz həm hərb meydanında sərkərdədir, həm də sülh meydanında liderdir. Azərbaycan Ordusu döyüş meydanında torpaqlarımızı işğaldan azad edir, cənab prezident isə bütün dünyanı qandırır ki, bu bizim haqq işimizdir. Münaqişənin tarixindən başlayaraq hamısını təmkinlə dünyaya başa salır.  Təsəvvür edin ki, belə sərkərdələr, liderlər az-az olur. Mən cənab prezidenti Mustafa Kamal Atatürklə müqayisə edərdim. Atatürk həm hərbçi idi, həm də siyasətçi idi. Ali Baş Komandan bütün müstəvilərdə, meydanlarda liderdir. Ən zəif ordunu belə qüdrətli sərkərdə qələbəyə apara bilər, ən güclü ordunu isə zəif sərkərdə məğlub etdirə bilər. Azərbaycan əsgərinin hünərindən, rəşadətindən danışanda birinci planda onun Ali Baş Komandanıdır. Ordumuzu zəfərə aparan, yüz minlik Azərbaycan Ordusuna yox, on milyonluq Azərbaycan Ordusuna rəhbərlik edən odur. Bu gün bütün Azərbaycan cəmiyyəti ordudur, hər birimiz əsgərik və ona da rəhbərlik edən Ali Baş Komandandır. Ona görə mən ümidliyəm. İnanın ki, prezidentin hər bir çıxışına dəfələrlə baxıram. Özüm hələ ordan çox şeyi öyrənirəm. Mən artıq dərinliyi ilə dərk edirəm ki, biz hansı dünyada yaşayırıq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …