Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Bu yüksəkliyin ermənilərdə qalması Ağdam rayonu üçün daim potensial təhlükə yaradır…”

“Bu yüksəkliyin ermənilərdə qalması Ağdam rayonu üçün daim potensial təhlükə yaradır…”

Rusiyanın rəsmən sülhməramlı adlanan hərbi kontingentinin Qarabağdakı məsuliyyət zonasındakı vəziyyəti şərh etmək kifayət qədər çətindir.  Çünki oradan “ziddiyyətli məlumatlar gəlir.

Moderator.az xəbər verir ki, bu fikri Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadə rusdilli “Kavkazskiy uzel” nəşrinə açıqlamasında  ifadə edib. “Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Fərrux  və Pirlər  kəndlərinin ətrafında bəzi dəyişikliklər baş verir” -deyən İsazadənin sözlərinə görə, daha çox Fərrux kəndi deyil, onun yaxınlığında yerləşən eyniadlı dağ strateji əhəmiyyətə malikdir.

Mütəxəssis bu yüksəkliyin əhəmiyyətinin göstəricisi kimi onun uğrunda birinci Qarabağ müharibəsindəki, xüsusən də Fərruxun dəfələrlə əldən-ələ keçdiyi 1992-93-cü illərdəki qanlı döyüşləri yada salıb.  “Bu, Qarabağın şərqindəki ən yüksək nöqtədir. 2020-ci ilin payızında Şuşa şəhərinin azad edilməsi ilə Azərbaycan ordusu Qarabağın cənub tərəfindən Xankəndi və ona bitişik ərazilər üzərində əməliyyat nəzarəti əldə edib. Fərrux yüksəkliyinin azad edilməsi isə Azərbaycana şərqdən Qarabağın geniş ərazilərinə nəzarəti ələ keçirməyə imkan verə bilər. Yəni buradan böyük vadinin mənzərəsi açılır və regionun mühüm nəqliyyat kommunikasiyaları olan şəhərlər Azərbaycan hərbçilərinin birbaşa nəzarəti altında olur. Üstəlik, Fərruxun ələ keçirilməsi Azərbaycan ordusunu Xocalı şəhərinə yaxınlaşdırır”, – deyə İsazadə bildirib. Digər tərəfdən, ekspert qeyd edib ki, Fərruxun ələ keçirilməsi Azərbaycan üçün geniş düzənlik ərazisinin – Ağdam rayonunun yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək vəzifəsini həll edir. 

“Ermənilər tərəfindən bu yüksəkliyin qorunub saxlanması Ağdam rayonu üçün daim potensial təhlükə yaradır. Yəni  həmin  hündürlük ermənilərin əlində qalırsa, onlar Azərbaycanın Qarabağın şərqindəki geniş düzənlik ərazilərinə operativ nəzarət əldə edirlər. Əgər  bu yüksəklik Azərbaycanın  əlinə keçirsə, o zaman ordumuz üçün artıq Qarabağın ermənilər yaşayan hissəsinə  baxış açılır”, – deyə İsazadə izah edib.

Pirlər (erm. “Xramort”) kəndinə gəlincə, ekspertin fikrincə,  Fərruxa gedən yol buradan keçdiyi üçün bu məntəqə loqistik baxımdan əhəmiyyətlidir…

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …