Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Bu universitet işçilərinin maaşı ARTIRILDI

Bu universitet işçilərinin maaşı ARTIRILDI

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının əmək haqları ortalama 20% artırılıb.

Unikal.org  xəbər verir ki, bu barədə qərar ADNSU-nun Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçrilmiş iclasında qəbul olunub.

Əmək haqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb.

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …