Cümə , Fevral 3 2023
Ana səhifə / Aktual / Bu tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır – Siyahı

Bu tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır – Siyahı

2023-cü il yanvarın 1-dən etibarən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılacaq.

“Azinforum.az” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB -Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin qurumlar – Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Qeyd edək ki, sözügedən tibb müəssisələrinin TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanında nəzərdə tutulub.

Həmçinin oxuyun

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər …