Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Bu seçki dairəsinin sədri komaya düşdü

Bu seçki dairəsinin sədri komaya düşdü

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, Ş. İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.

Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.

Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …