Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Bu Şəhərdə”nin ssenaristi ilə AMEA əməkdaşı arasında mənzil – Qalmaqalı

“Bu Şəhərdə”nin ssenaristi ilə AMEA əməkdaşı arasında mənzil – Qalmaqalı

“Bu Şəhərdə”nin ssenaristi Müşviq Abbasovun evinin əlindən alınması ilə bağlı məhkəmə çəkişməsi davam etdirilir.
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb.
Bildirib ki, Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına “Təməl-N” MTK-dan ev alıb: “Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.
M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb: “Evin də “kupçası” saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.
Ssenaristin sözlərinə görə, 6 ildən sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova onun evinin əlindən alınması ilə bağlı qərar çıxarıb.
M.Abbasov deyib ki, məhkəmə qərarından kassasiya şikayəti verib. Şikayətə noyabrın 25-də Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədirliyi ilə baxılacaq.
Qeyd edək ki, bu iş üzrə M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini məhkəməyə verib. Üçüncü şəxs qismində isə “Təməl-N” MTK göstərilib. Yasamal Rayon Məhkəməsinə müraciət edən M.Həsənova alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Həmin qərardan narazı qalan M.Həsənova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qətnamə ləğv edilib, iddia təmin olunub.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …