Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Bu restoranlar bağlanacaq – Aparat rəhbərindən açıqlama + SİYAHI

Bu restoranlar bağlanacaq – Aparat rəhbərindən açıqlama + SİYAHI

Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər.

MİA.az xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov deyib.

Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdıRmayan 4 obyekt müəyyənləşib:

“Həmin obyektlər Sumqayıtda “Green House”, “Dədə Qorqud”, “Qubadlı” şadlıq sarayları və Bakıda “Qədim Şəki” restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər”.

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …