Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bu qazilərə birdəfəlik ödəniş veriləcək

Bu qazilərə birdəfəlik ödəniş veriləcək

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

” Azinforum.az ” xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-IQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın  ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin:

1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;

1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;

1.3. III dərəcə əlilliyə görə – 4 400 manat;

1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;

2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.

Qeyd edək ki, Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılır. Komissiyanın sədri Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Komissiyanın üzvləri müdafiə nazirinin, daxili işlər nazirinin, ədliyyə nazirinin, fövqəladə hallar nazirinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin, Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinləri və Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib.

Nazirlər Kabineti bu fərmanın 3-cü hissəsi ilə yaradılan Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində  Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılması üçün tədbirlər görülsün.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin;

5.2. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin;

5.3. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi başa çatdıqdan sonra tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına bu məqsədlə köçürülmüş vəsaitin qalığının dövlət büdcəsinə qaytarılmasını təmin etsin;

5.4. bu Fərmanda verilən tapşırıqların icrası ilə əlaqədar görülmüş işlər barədə  Prezidentə illik hesabat təqdim etsin.

6. Maliyyə Nazirliyi:

6.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün ayrılacaq vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülməsini təmin etsin;

6.2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

7.  Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti,  Dövlət Sərhəd Xidməti, Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.

8.  Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

9.  Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə bağlı bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğdə sığorta ödənişi verilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …