Ana səhifə / Aktual / “Bu, Mirşahinin uydurduğu bir təxəyyül məhsuludur…” – Qurban Məmmədov

“Bu, Mirşahinin uydurduğu bir təxəyyül məhsuludur…” – Qurban Məmmədov

“Mənim nə səs yazım, nə telefon yazışmam var. Əgər kimsə belə bir faktı ortaya çıxarsa, Qurban Məmmədov siyasətdən gedər”.
Bunu Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü Qurban Məmmədov Real TV-də nümayiş etdirilən telefon yazışmaları haqqında danışarkən bildirib:
“Bu, Mirşahinin uydurduğu bir təxəyyül məhsuludur, cəfəngiyyatdır. Fakt varsa, ortaya qoysunlar, mən belə mənasız məsələlərə vaxtımı xərcləmirəm. Azərbaycan Xalq Hərəkatının parçalanması isə yanlış ifadədir. Çünki xalq hərəkatı bir ideyadır, parçalana bilməz. Bu gün baş verənlər isə hərəkatın təşkilatçıları ilə bir qrup arasında yaranan fikir ayrılığıdır.
Bu gün qurbanlar, isgəndərlər gəldi-gedərdi. Amma xalq hərəkatı ideyası yaşayacaq. Mənimlə Rəhim Qazıyevin, İsgəndər Həmidovun arasını vurmaq cəhdləri köhnə MTN metodlarıdır, heç bir nəticə verməyəcək. Əgər, iki tərəfin arasını üçüncü adam vurursa, bu, həmin şəxsin savadından, qabiliyyətindən xəbər vermir. İsgəndər Həmidovun 71 yaşı, mənim 62 yaşım var, bizim o yaşımız deyil ki, aramızı vursunlar.
AXH-də təmizlənmə baş verəcək, bura müvəqqəti gələnlər gedəcəklər, ifşa ediləcəklər, iqtidarın yerləşdirdiyi adamlar qurumdan uzaqlaşacaqlar. Biz hələ təşkilatı formalaşdıra bilməmişik, təşkilatlanma mərhələsindəyik. Ona görə də vəziyyətdən istifadə edən hakimiyyət burada qruplar arasında qarşıdurma yaradır, iclasa gələnlər arasında informatorlar, hal şahidləri var. Məsələn, biri Məmməd İbrahimin üzünə duran adam idi.
Yəni, bu günkü proseslər 1988-90-cı illəri xatırladır. O baxımdan deyirəm ki, Xalq Hərəkatının İdarə Heyəti rəhbərliyi arasında heç bir problem yoxdur.
Əgər kimə mane olacaqsa, İsgəndər Həmidov, yaxud Qurban Məmmədov olsun, həmin şəxs çıxdaş ediləcək. Biz insanıq, səhvlərimiz ola bilər, ümumi hədəflər naminə bu yanlışlıqlara göz yumacağıq”.

Həmçinin oxuyun

Füzuli Ələkbərov məhkəməyə müraciət etdi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin …