Ana səhifə / Aktual / Bu məscid azərbaycanlılardan birdəfəlik alındı, istifadəyə verildi

Bu məscid azərbaycanlılardan birdəfəlik alındı, istifadəyə verildi

Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan “İnam” məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.

Report-un məlumatına görə, bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan Orta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R.Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R.Bəyazidovun şəxsi əmlakıdır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …