Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Bu məmurlarla bağlı qərar verildi – “Qaçqınkom” sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI

Bu məmurlarla bağlı qərar verildi – “Qaçqınkom” sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI

Baş Nazir Novruz Məmməıdovun imzaladığı qərarla Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Mia.az
xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarı ilə Müşahidə Şurasının yeni tərkibinə bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev rəhbərlik edəcək. Əvvəllər bu vəzifəni Baş nazirin müavini Əli Həsənov icra edirdi.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibi:
Müşahidə Şurasının sədri
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə Şurasının üzvləri:
 
İlqar Fətizadə– maliyyə nazirinin birinci müavini

Mətin Kərimli– əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Cəmaləddin Quliyev– İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri

Azay Quliyev– Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Adil Abdullayev– “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti

Qulam İshaqzai– BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi

Caydev Sinqx– ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru

Guido Ambroso– BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …