Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Bu hamilələr 12-ci həftədən sonra peyvənd oluna bilər – Səhiyyə Nazirliyi

Bu hamilələr 12-ci həftədən sonra peyvənd oluna bilər – Səhiyyə Nazirliyi

Risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Nazirliyin məlumatında, həmçinin qeyd olunub ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …