Cümə , Fevral 23 2024
Ana səhifə / Aktual / Bu günü necə qazandıq? – Müstəqilliyə səs verənlər danışır…+Video

Bu günü necə qazandıq? – Müstəqilliyə səs verənlər danışır…+Video

Bu gün Azərbaycan müstəqilliyinin 26-cı ildönümüdür. Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Lakin bundan bir neçə ay öncə akta imza atanların əksəriyyəti Azərbaycanın müstəqil olmasının əleyhinə çıxmışdı.

Belə ki, mart ayında SSRİ-nin saxlanılması ilə bağlı refendumda səs verən 254 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. 200-dən çox deputat Azərbaycanın əleyhinə, SSRİ-nin lehinə imza atdı. Müstəqilliyin əleyhinə imza atanlardan bir çoxu bu gün yüksək vəzifələrdə, seçkili orqanlarda təmsil olunur.

“Qafqazinfo” həmin günlərdə hadisələrin gedişatı, kimlərin hansı mövqe tutması ilə bağlı 43 nəfər istiqlalçı deputatdan üçü ilə görüşüb. Millət vəkili Vahid Əhmədov, keçmiş təhsil naziri, baş nazirin eks-müavini Firudin Cəlilov və Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər refendumdan öncə və sonra baş verənləri danışıblar. Müsahiblər həmçinin, müstəqilliyin Azərbaycana nə qazandırdığı, bu prosesin əleyhinə olanların bu gün vəzifədə olmasının yaratdığı narahatlıq və müstəqilliyimizin gələcəyi barədə fikirlərini bildiriblər.

Həmin videomaterialı təqdim edirik:

 

Həmçinin oxuyun

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: “Əminəm, amma təfərrüatlara varmayacam”

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq …