Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Aktual / Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

“Düz 1 il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş bölgələrimizi və yaşayış məntəqələrimizi atəşə tutub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. 

Dövlət başçısı bildirib ki, bu hücum nəticəsində mülki şəxslər ilk saatlarda həlak olub: “Mənim əmrimlə Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibədə tam qələbə qazanıb. Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə möhtəşəm abidə ucaldılacaq”.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi ailəsi II Fəxri Xiyabana yürüş ediblər

Sentyabrın 27-sində Bakı Gənclər Mərkəzi əməkdaşları və gənclərilə birlikdə II Fəxri Xiyabana yürüş etmişdir.Ümumilikdə 100 …