Ana səhifə / Aktual / Bu gün testlərin sayı niyə az olub? – AÇIQLAMA

Bu gün testlərin sayı niyə az olub? – AÇIQLAMA

TƏBİB gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

TƏBİB-dən verilən məlumata görə, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir: “Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq”.

Qeyd edək ki, bu gün 3936 test edilib.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …