Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Bu gün su çərşənbəsidir

Bu gün su çərşənbəsidir

Bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbə – su çərşənbəsidir.

” Azinforum.az ” xəbər verir ki, Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Hələ lap qədim dövrlərdən Şərqdə yaz fəslinin gəlməsi münasibətilə şənliklər keçirilib, baharın ilk günü yeni ilin başlanğıcı kimi qeyd edilib. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara boz ayın çərşənbələri də deyirlər.

Bütün çərşənbə axşamlarında tonqal qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur.
El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …