Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Aktual / Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək – KİV

Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək – KİV

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb. 

Bildirilir ki, görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan çıxarılma tarixi müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Həmçinin oxuyun

Naxçıvanda özəl şirkətin bahalı və AA seriyalı avtomobilini hansı vəzifəli şəxs istifadə edir?

Son bir ildə Naxçıvanda bir sıra yeni şirkətlər yaradılıb. Onlardan biri də “Batika Global Group” …