Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bu gün basketbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gün basketbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, artıq çempionatın 4 dörddəbir finalçısı müəyyənləşib.

Türkiyənin ev sahibliyi etdiyi səkkizdəbir finalda əvvəlcə Sloveniya və Ukrayna yığmaları üz-üzə gəliblər. Rəqibini 79:55 hesabı ilə məğlub edən Sloveniya millisi ilk dörddəbir finalçı olub. Daha sonra Almaniya və Fransa yığmaları qarşılaşıblar. Görüşdə 84:81 hesabı ilə qalib gələn Almaniya basketbolçuları növbəti mərhələyə adlayıblar.

Sonra azarkeşlər Finlandiya-İtaliya oyununu izləyiblər. Rəqibdən üstün oyun nümayiş etdirən İtaliya millisi növbəti mərhələyə vəsiqəni təmin edib – 70:57. Litva-Yunanıstan qarşılaşması da maraq doğurub. Rəqibinə 77:64 hesabı ilə qalib gələn yunanıstanlı basketbolçular dörddəbir finala adlayıblar.

Bu gün keçiriləcək Latviya-Monteneqro, Serbiya-Macarıstan, İspaniya-Türkiyə və Xorvatiya-Rusiya oyunları ilə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Çempionatın dörddəbir final mərhələsinin görüşləri sentyabrın 12-13-də, yarımfinallar ayın 14-15-də oynanılacaq. Üçüncü yer uğrunda görüş və final qarşılaşmaları isə sentyabrın 17-də keçiriləcək.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın