Şənbə , Noyabr 28 2020
Ana səhifə / Bu gün Azərbaycan millisi San-Marino ilə oynayacaq

Bu gün Azərbaycan millisi San-Marino ilə oynayacaq

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi San-Marino yığmasını qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olacaq.

Azərbaycan-San-Marino oyunu “Bakcell Arena”da saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimizin yer aldığı “C” qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Həmçinin oxuyun

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bir cavab yazın