Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bu gün Aşuradır

Bu gün Aşuradır

Ölkə üzrə 28 yerdə qanvermə aksiyası keçiriləcək; DYP-dən sürücülərə xəbərdarlıq

 

Bu il 20 sentyabr Aşura gününə təsadüf edir. Aşura mərasiminə Azərbaycanda hökumət orqanları və dini qurumlar ciddi şəkildə hazırlıq görür.

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə mərkəzi xəstəxana şəraitində olacaq.

Aksiyalar səhər 9:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakı kimidir:

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

Vaqif Əsədov ile ilgili görsel sonucu

“Report”un xəbərinə görə, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

Bu günün necə qeyd olunması, ifrata varmamaqla əlaqədar müxtəlif maarifləndirici açıqlamalar verilib. Həmçinin dini kəsimə aid olmayan şəxslərin Aşura gününü qeyd edənləri sosial şəbəkələr və digər məkanlarda tənqid etmələri yenidən gündəmə gəlib.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan xalqının əsrlər boyu yaşayan milli-mənəvi dəyərləri içərisində bu günə gəlib çatanlar arasında dini dəyərlər xüsusi yer tutur: “Dini dəyərlər məişətimizə o qədər sıx daxil olub ki, adət-ənənə şəklini alıb. Məsələn, sovet dövründə vətəndaşlar evlənəndə nikah bağlayandan sonra hökmən molla kəbini də kəsdirirdilər. Bu olmayanda insanlar onu kamil evlilik kimi qəbul etmirdilər. Məhərrəmlik ayı sovet dövründə gizli şəkildə qeyd olunurdu. Bizlərin üzv olduğu Kommunist partiyası o vaxt ateistliyi təbliğ edirdi. Buna rəğmən biz yenə dini dəyərlərimizi yerinə yetirirdik. Məscidlərdə indi də mərasimlər olacaq. Bu mərasimləri bayağılaşdırmaq tendensiyası var. İnsanların özünə ziyan yetirməsi, başlarını yarması, zəncir vurması qətiyyən qəbul olunan deyil. Qanvermə aksiyaları hamımızın ürəyincədir. Əgər bu gün bədənindən qan çıxarmaq istəyirsənsə buyur, təhlükəsiz şəkildə qan ver. Bu qan kiməsə gərək olur. Maddi durumları yaxşı olmayan insanlar görürsən ki, qan tapmırlar, o zaman dövlət bankında olan qandan istifadə edirlər. Bu qan insanlara həyat verir. Öz qanınla bu gündə humanistlik edirsən. Dinimiz də buna tərəfdardır, daim bunu tövsiyə edir ki, insanlara kömək et, imkanın varsa əl tut. Müharibə şəraitində olduğumuza görə, bizim hər zaman yüksək qan ehtiyatımız olmalıdır. Uzun illər qan vermişəm. Amma son 3-4 ildə səhhətimdə problem yarandı, həkim buna icazə vermədi”.

Deputat sosial şəbəkələrdə bu günü qeyd edənləri lağa qoyanlara da səsləndi: “Əgər kimsə sosial şəbəkələr və sayt vasitəsilə bu günü lağa qoyursa, zəncir vurmalar və digər hallarla bağlı ironik yazılar yazırsa, fikirlər səsləndirirsə, çox böyük səhv edir. İnsanlar buna inandıqlarına, bunu müqəddəs dini ayin kimi qəbul etdiklərinə görə özlərinə bu cür xətər yetirirlər. Müqəddəslik olan yerdə lağlağıya yol verilmir. Yas tutduğumuz Kərbəla şəhidləri əqidə uğrunda döyüşə gediblər. Özü də özlərindən qat-qat artıq sayda olan insanlarla döyüşüblər. Onlar biliblər ki, bu döyüşdə şəhid olacaqlar. Əqidəsi uğrunda ölümə gedən insanlar haqqında lağlağı danışmaq olmaz. Onlar cismən məğlub olduqları üçün bu gün də xatırlanırlar. Çünki bu, əqidə mübarizəsi olub. Bu günə normal yanaşmağı bacarmalıyıq”.

AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı İslam dinində Aşura gününün özünəməxsus yerinin olduğunu qeyd etdi: “Bu gün İslam dininə və onun qaydalarına uyğun şəkildə qeyd olunmalıdır. İnsanlar bu gün münasibətilə özlərinə, övladlarına, yaxınlarına xətər yetirməməli, Allahın onlara əmanət verdiyi bədənlərinə xəsarətlər yetirməməlidirlər. Odur ki, artıq son illərdə QMİ-nin təşkil etdiyi qanvermə aksiyasını dəstəkləyirəm. Düşünürəm ki, bu aksiya həm dini, həm də dünyəvi baxımdan daha faydalıdır. Mənə sağlamlığımla bağlı qan verməyə həkimlər icazə vermir, ancaq AĞ Partiya üzvləri istər Aşura günü, istərsə də qeyri günlərdə demək olar ki, mütəmadi qan verirlər. Hətta bəzi üzvlərimiz artıq uzun illərdir ki, konkret qan xəstəsi olan bəzi uşaqlara ardıcıl olaraq qan verir. Həmçinin İslam dinində Aşura günü ərəfəsində iki gün oruc tutmaq kimi bir ibadət də var. Mən çalışıram ki, hər il bu oruclarımı tutum. Ümumiyyətlə, özünü müsəlman hesab edən hər bir şəxs çalışmalıdır ki, öz həyat tərzi və fəaliyyəti ilə müsbət mənada digərləri üçün nümunə olsun. Təəssüf ki, bəzi insanlarımızın bilgisizliyi sayəsində bu gündə xoş olmayan səhnələr yaşanır və bu səhnələr İslam düşmənləri və qərəzli insanlar tərəfindən tirajlanaraq İslama hücum vasitəsi kimi istifadə edilir. Hər birimiz çalışmalıyıq ki, gözəl, pak dinimizə öz əməllərimizlə ləkə vurmayaq. Əksinə, gözəl əməllərimiz və müsbət nümunələrimizlə insanların İslama gəlməsinə vəsilə olaq. Mən burada bir nüansı da təəssüflə qeyd etmək istəyirəm ki, dinimiz bu gün bəzi qərəzli dairələr tərəfindən öz siyasi maraqlarına alət edilir. Hər birimiz çalışmalıyıq ki, belə çirkin cəhdlərin qurbanına və iştirakçısına çevrilməyək. Həmçinin Azərbaycan daxilində də din nə iqtidar, nə də müxalifət üçün siyasi alət kimi istifadə olunmamalıdır. Hakimiyyət insanların dini ayinlərini sərbəst və təhlükəsiz şəkildə həyata keçirməsi üçün üzərinə düşən vəzifəni layiqincə icra etməlidir. Əlavə qarşıdurmalara və şiddətə səbəb ola biləcək addımlar atmamalıdır. İslam sevgiyə, sayğıya, sabitliyə, xoşbəxtliyə və inkişafa təşviq edən gözəl bir dindir. Bunun belə də qalması üçün hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Aşuranın sakit keçməsini arzulayır: “Qan tökmək, baş yarmaq, zəncir vurmaq nə bizə, nə də dinimizə yaraşır. Yaxşı haldır ki, bu kimi hallar xeyli azalıb. Azərbaycanda Aşura günü keçirilən qanvermə aksiyası başqa müsəlman ölkələrinə də örnəkdir. İlqar İbrahimoğlu vaxtilə İçərişəhərdəki məsciddə yaxşı ənənənin başlanğıcını qoydu və daha sonra Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitə bu işi genişləndirdi. Aşura günü birlik günümüz olmalıdır, heç bir xarici qüvvənin ölkə daxilində təfriqə yaratmasına yol vermək olmaz. İfrat dini radikalizmə aparır. Azərbaycan dünyəvi dövlətdir. Tolerantlıq qanımızdadır. Dində ifrata varmaq isə bütün bunların üstündən xətt çəkir. Azərbaycanda dindarlar da var, ateistlər də. Bir-birimizə hörmətlə yanaşmalı, seçdiyimiz yolda dözüm nümayiş etdirməliyik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …