Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bu gün 4 cüdoçumuz tatamiya çıxacaq

Bu gün 4 cüdoçumuz tatamiya çıxacaq

Bu gün Macarıstanda keçirilən dünya çempionatında Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

AzVision.az xəbər verir ki, mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edən Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) – Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, “Bakı-2017″nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) – Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın