Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bu gün Əfv Komissiyasının iclası başlayır

Bu gün Əfv Komissiyasının iclası başlayır

Bu gün Prezident yanında Əfv Komissisiyasının ilk iclası başlayacaq.

Bu barədə “Qafqazinfo”ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, iclasda sonuncu əfv fərmanından sonra daxil olan ərizələrin müzakirəsi aparılacaq. İclasların yaxın günlərdə müntəzəm keçirilməsi nəzərdə tutulub.

Komissiya işini yekunlaşdıraraq siyahını dövlət başçısına təqdim edəcək. Əfv Sərəncamının 28 May ərəfəsində imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …