Cümə axşamı , Mart 21 2019
Ana səhifə / Aktual / Bu gün Əli Həsənovun özəl günüdür

Bu gün Əli Həsənovun özəl günüdür

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun 59 yaşı tamam olur.

Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Ümummilli lider Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub.

SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. 1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

1993-cü ildən siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub.

O, 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü qaydaları kobud şəkildə pozdu – VİDEO

Sosial şəbəkələrdə Bakıda sərnişin avtobusunun sürücüsünün yol hərəkatı qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb. Kadrlar …