Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / “Bu gecə də istidən yatmamışam…” – Yazıçı “Samsung” mağazalar şəbəkəsindən şikayət etdi

“Bu gecə də istidən yatmamışam…” – Yazıçı “Samsung” mağazalar şəbəkəsindən şikayət etdi

Yazıçı Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında “Samsung” mağazalar şəbəkəsindən şikayət edib. Yazıçı bildirib ki, kreditə aldığı üç ədəd sərinlədicini şirkət gətirib quraşdırmır. Hansı ki, elanda çatdırılma və quraşdırılmanın şirkət tərəfindən pulsuz olduğunu bildirirlər:
“İyunun 8-də Bakı Elektronics MMC- nin Bakı şəhəri Azadlıq prospektindəki “Samsung” mağazasından 3 ədəd sərinlədici (kondisioner) almaq üçün ktedit şöbəsi ilə müqavilə bağladıq. Əvvəla, 2 ədəf “AİT VONF PSNAS CS-BE35TKE-19” kondidionerlərinin hər birini mənə 1499 manata, “AİR COND PANASONİK CS- BE25TKE-19” kondisionerini isə 179 manata “sırıyıblar”.Yəni qimətindən çox baha satdıqları məlum olub! Dedilər ki, “2-3 gün əvvəl zəng vurun, gətirib quraşdıraq”. 055 451 06 11 nömrəli bir telefon da verdilər ki, lazım olanda əlaqə saxlayım. Bildirdilər ki, çatdırılma və quraşdırma pulsuzdur. Mənə verdikləri təlimatda da çatdırılma və quraşdırmanın pulsuz olduğu göstərilir. Ünvanımı da yazıb götürdülər. Bir ayın kredit pulunu–253 manatı da əvvəldən ödədim. Mənə verilən nömrəyə cavab vermədikləri üçün yenidən mağazaya gedib satıcı Elizarla görüşdüm. “Telefonu niyə götürmürsünüz?”-deyə soruşdum. Üzümə baxa-baxa qaldı… Nə cavab versin, yazıq! Nəhayət, iyunun 17-də 143 nömrəyə–Bakı Elektronics MMC yə zəng vurdum ki, iyunun 19-da kondisionerləri yazılan ünvana gətirsinlər. Bir neçə dəqiqə sonra bildirdilər ki, “sifarişiniz yerinə yetiriləcək”. 
İyunun 18-də yuxarıda göstərdiyim mobil nömrəsi ilə mənə zəng etdilər ki, “yol üçün hər kondisionerə 15 manat (yəni 45 manat), quraşdırmaq üçün hər kondisionerə 35 manat verəcəksənsə, gətirək”. Mən onlara bildirdim ki, yol Bakıdan bir saatlıqdır, kondisionerlər üçün divarlarda əvvəlcədən deşiklər açılmışdır, usta da təlimatda yazıldığı kimi pulsuz quraşdıracağına söz vermişdir. Mağazanın müdiri dedikləri Teymurla da (yəqin işçiləri ona “müəllim ” deyirlər…)055 211 32 70 nömrəli telefonla iki dəfə danışmışam, olanları izah etmişəm. O da heç bir tədbir görməyib! Dünəndən Bakıdan gəlib, həmin ünvanda gözləyirəm, bu gün artıq, iyunun 19-dur, kimə zəng edirdimsə yenə zəng edirəm, telefonları götürən yoxdur! Bu gecə də istidən yatmamışam. Bakıya qayıdıb xəstə uşaqlarımı müalicə etdirmək üçün 10 günlük İstanbula gedəcəyəm, beləliklə iyunun 8-də aldığım kondisionerləri evə gətirdə bilməyəcəyəm! Yavaş-yavaş yay da bitəcək… Yəqin ki, mən də mağaza ilə müqaviləni pozacağam! Bir dəli şeytan da deyir, məhkəməyə verim, bu özbaşına adamlardan kompensasiya alım! Çünki yol və quraşdırma üçün onlar məndən 200 manat əlavə pul istəyirlər! Atalarına borcluyam? Hələ malı baha satırlar, onu demirəm! Hamı bilir ki, ölkə ticarətində insanları soymaqla məşğuldurlar! Xidmət mədəniyyəti də sıfıra bərabərdir!”

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …