Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / “Bu, Ermənistan üçün ölüm-dirim məsələsidir”

“Bu, Ermənistan üçün ölüm-dirim məsələsidir”

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın Ermənistanın baş naziri seçilməsindən sonra  hökumətdə baş verəcək dəyişikliklərə toxunub. 

O, bununla bağlı “Qafqazinfo” ya açıqlamasında hökumətdə hələ ciddi dəyişiklik baş vermədiyini vurğulayıb: “Bizdə olan məlumata görə, o hələlik iki-üç adamı vəzifəyə  təyin edib. Bu baxımdan dəyişikliklərin olacağını demək çətindir. Ümumiyyətlə isə, ciddi dəyişiklik gözləmirəm. Çünki hökumətin tərkibi heç nə həll etməyəcək. Yəni, bu, Ermənistanda olan problemləri həll etməyəcək. Problemlər ondan irəli gəlir ki, onlar artıq müstəqilliyi elan edəndən sonra Azərbaycan və Türkiyəyə qarşı düşmən və işğalçı münasibət bəsləyirdilər. Bunun nəticəsində onların iqtisadiyyatı, siyasəti, demoqrafik vəziyyəti böhran içindədir. Təbii ki, bu böhranın çözülməsi üçün Qarabağ məsələsini həll etmək lazımdır. Amma ilk addımları onu göstərir ki, köhnə siyasətçilərin xəttini təkarlayacaqlar. Deməli, hökumət problemləri həll etməyəcək”

 

T. Zülfqarov qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın tələbi ondan ibarət idi ki, seçki parlamentdə baş tutmalıdır: “Biz gördük ki, Paşinyan həmin tələbə əməl etdi. Bundan sonra  qəribə bir vəziyyət yarandı. Ona qarşı olan hakimiyyət partiyası lehinə səs verdi. Bu onu göstərir ki, “siyasi sistem” onların dediyi kimi formalaşmış bir sistem deyil. Məntiqsiz addımlar atan bir sistemdir. Buna görə də hesab edirəm ki, Paşinyanın səfəri artıq baş verib. Rusiyalı siyasətçilər ona aid bəyanatlar veriblər və onu qəbul ediblər. Bəzi müşahidəçilərin dediyi kimi, Ermənistan Rusiyaya yox, Rusiya Ermənistana lazımdır. Bu baxımdan Paşinyan çalışacaq ki, özünü elə göstərsin ki, onun Rusiyaya münasibəti olduğu kimi qalsın. Buna görə də Rusiyaya səfər onlar üçün vacibdir. Bu səfərin nəticəsi Ermənistan üçün  ölüm-dirim məsələsidir. Rusiya öz təhlükəsizlik qarantiyasını götürsə, onlar başa düşürlər ki, birmənalı olaraq Azərbaycan erməniləri qıracaq. Bundan çox ehtiyat edirlər”.

Həmçinin oxuyun

Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ (FOTO)

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Unikal.org-un əldə etdiyi məlumata görə, fəlsəfə elmləri doktoru, …