Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Bu deputatlar DYP-dən özləri üçün imtiyaz istədi: “Bizim maşınları saxlamasınlar”

Bu deputatlar DYP-dən özləri üçün imtiyaz istədi: “Bizim maşınları saxlamasınlar”

Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun iclasında “Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb. “Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərəçarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.

Deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib. “Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, “Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir”.

Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.

Həmçinin oxuyun

Vurğun Əyyubun vəziyyəti kəskin pisləşdi – KOMADADIR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan …