Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Aktual / Bu da Azərbaycan təhsilinin bərbad vəziyyəti – Xanım məktəb direktoru dələduzluq edib

Bu da Azərbaycan təhsilinin bərbad vəziyyəti – Xanım məktəb direktoru dələduzluq edib

Azinforum.az xəbər verir ki, bir zamanların məşhur məktəb direktoru olan, amma sosial şəbəkə paylaşımlarında daha çox şou-biznes nümayəndələrinə bənzəyən 23 saylı Kəlbəcər rayon tam orta məktəbinin direktoru olmuş Həqiqət Şükürova barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. O, Samir Mütəllimov adlı şəxslə əlbir olaraq 12 nəfərdən müxtəlif məbləğdə pul alıb “Panorama park” yaşayış massivində 3 otaqlı ev veriləcəyi vəd ediblər. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 312.2-ci maddəsi ilə ittham irəli sürülüb, barələrində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Həqiqət Şükürova məhkəmə qərarı ilə məktəb direktorluğu vəzifəsindəndə azad olnub. Hal-hazırda onları Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə törədikləri əməlin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …